Yağış elə yağdı, bərəkət yox, ziyan gətirdi - 7,5 milyon dollar


Digərləri 22 Noy 2018 09:15:00 231 0

Yağış elə yağdı, bərəkət yox, ziyan gətirdi - 7,5 milyon dollar

İranın Kohgiluyə və Boyer-Əhməd vilayətinin kənd təsərrüfatına ciddi ziyan dəyib.

Bakı. Elnur Bağışov - Son bir neçə gün ərzində yağan güclü yağışlar və sel İranın Kohgiluyə və Boyer-Əhməd vilayətinin kənd təsərrüfatına 314 milyard rial (təxminən 7,47 milyon dollar) ziyan vurub. Trend-in məlumatına görə, vilayətin kənd təsərrüfatı idarəsinin direktoru İlyas Tacəddini deyib ki, 830 hektar əkin sahəsinə, su quyularına, kanallara, suvarma sistemlərinə, yollara ciddi ziyan dəyib.