Yaponiyada yanğın: 6 ölü


Dünya 22 Noy 2018 07:21:00 292 0

Yaponiyada yanğın: 6 ölü

Yaponiyanın şimal-şərqində yaşayış evində baş verən yanğın nəticəsində 6 nəfər ölüb.

Trend-in yerli KİV-lərə istinadən verdiyi məlumata əsasən, hadisə Fukusima prefekturasında baş verib. Qeyd olunur ki, ölənlər arasında 3-6 yaş arasında 4 uşaq var. Ümumilikdə yanğının baş verdiyi taxta evdə 9 nəfər olub, xilasedicilər iki nəfəri xilas etməyə nail olub, bir nəfər itkin düşüb.