Alimlər atom səviyyəsində sümüklərin necə inkişaf etdiyini müəyyənləşdiriblər


Digərləri 21 Noy 2018 23:21:00 280 0

Alimlər atom səviyyəsində sümüklərin necə inkişaf etdiyini müəyyənləşdiriblər

İsveçin Çalmers Texniki Universitetindən olan tədqiqatçılar qeyri-müəyyən quruluşa malik kütlənin özünü necə bərpa etməsini göstərməklə, atom səviyyəsində sümüklərin inkişafını müəyyənləşdirə biliblər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu kəşf vasitəsilə yeni ideyalar əmələ gəlir. Bu ideyalar yeni implantantların təkmilləşdirilməsi işində öz tətbiqini tapacaq, həmçinin osteoporoz kimi bir çox sümük xəstəlikləri barədə biliklərimizi artırmağa şərait yaradacaq.

Tədqiqatın rəhbəri, Çalmers Texniki Universitetinin materiallar kimyası üzrə professoru Martin Andersson deyib: "Bu layihədə maraqlı orasıdır ki, tətbiqi və fundamental tədqiqatların necə yanaşı aparıldığı nümayiş etdirilir. Bizim layihə əvvəlcə süni biomaterialın yaradılmasına istiqamətlənmişdi. Lakin məlum oldu ki, bu material sümüklərin quruluşu prosesinin öyrənilməsində əla vasitədir. Biz əvvəlcə təbiəti təqlid etdik, onun süni surətini yaratdıq. Daha sonra geri qayıdaraq təbiəti öyrənmək üçün həmin surətdən istifadə etdik".

Alimlərin əməyinin nəticəsi geniş yayılmış bir sıra sümük xəstəliklərinin müalicəsinə təsir göstərə bilər. Martin Andersson deyib: "Bizim nəticələrimiz bu gün xüsusən yaşlı qadınlar arasında çox geniş yayılan osteoporoz kimi sümük xəstəliklərinin müalicəsində əhəmiyyətli ola bilər".