Bir qadından 4 nəfərə orqan köçürüldü, 3ü xərçəng olub, öldü unikal hadisə


Digərləri 21 Noy 2018 23:12:00 227 0

Bir qadından 4 nəfərə orqan köçürüldü, 3ü xərçəng olub, öldü  unikal hadisə

Avropa medikləri unikal hadisə ilə qarşılaşıblar: sağlam qadının orqanları  transplantasiya olunan 4 pasiyentdə süd vəzi xərçəngi aşkarlanıb. Daha əvvəllər də transplantasiya əməliyyatından sonra (çox nadir olsa da) bu hala rast gəlinib. Amma bu yolla xərçəngə yoluxma birinci dəfədir ki, qeydə alınıb. 

Son.az medicina.az-a istinadən bildirir ki, donor orqanından xərçəngə yoluxan 4 pasiyentdən 3-ü qısa zamanda həyatını itirib. 

Bunun nə cür baş verdiyi hələ ki, məlum deyil. Çünki mediklər transplantasiyadan əvvəl bütün orqanları yoxlayaraq köçürülmənin təhlükəsiz olduğunu bildiriblər. Xərçəngə yoluxma isə bir neçə ildən sonra müşahidə olunub. 

Köçürülən orqanlar 2007-ci ildə 53 yaşında insult nəticəsində dünyasını dəyişən qadına məxsus olub. Qadının orqanlarının transplantasiyasına mane olacaq heç bir xəstəliyi qeydə alınmayıb. Buna görə də onun orqanlarının ehtiyacı olan xəstələrə köçürülməsinə icazə verilib

Həyatını dəyişən qadının hər iki böyrəyi ayrı-ayrı şəxslərə köçürülüb. Bundan əlavə ağciyəri, qaraciyəri və ürəyi də transplantasiya edilib. 

Resipientlər əməliyyatı uğurla başa vurublar. Amma tezliklə ürək köçürülən xəstə həkimlərin bildirdiklərinə görə, transplantasiyadan aslı olmayan səbəblərdən dünyasını dəyişib.

16 aydan sonra xəstənin ağciyərləri köçürülən qadın yorğunluqdan şikayətlənərək həkimə müraciət edib. Onun süd vəzilərinin limfa düyünlərində xərçəng hüceyrələri aşkarlanıb. DNT analizi ilə sübut olunub ki, xərçəng hüceyrələri donor orqandan keçib. Şişin böyüməsinin qarşısını almaq mümkün olmayıb. Qadın diaqnoz qoyulduqdan 1 il sonra süd vəzi xərçəngindən dünyasını dəyişib.