"Xərçəngdən qorxmuram… Alın yazısına inanıram" 58 yaşlı Nərgiz Cəlilova FOTO


Digərləri 21 Noy 2018 22:53:00 467 0

"Xərçəngdən qorxmuram… Alın yazısına inanıram"  58 yaşlı Nərgiz Cəlilova  FOTO

Tanınmış teleaparıcı, respublikanın əməkdar artisti 58 yaşlı Nərgiz Cəlilova illər keçsə də dəyişməyən xarici görünüşü və ideal bədən quruluşu ilə həmişə diqqət mərkəzində olub. Heç bir əməliyyat etdirmədən ideal çəkisini qoruyub saxlamağı bacaran aparıcı bu görünüşünə görə genlərinə və sağlam həyat tərzinə minnətdar olduğunu dəfələrlə açıqlayıb.

Son.az bildirir ki, medicina.az-ın əməkdaşı bir neçə gün əvvəl Diabetlə Mübarizə Günü ilə bağlı keçirilən tədbirin əsas simalarından olan Nərgiz Cəlilovadan sağlamlıq sirlərini soruşub. 

O, diabetlə bağlı ildə bir-iki dəfə qan analizi verdiyini, ümumiyyətlə check-up müayinədən keçdiyini bildirib. 

"Ətrafımda diabet xəstələri var. Hətta sağlığında anamda da şəkər var idi. Düzdür, yaşlı vaxtında şəkəri artırdı. Deyirlər, şəkər də genetikdir, indi bilmirəm, hələ ki məndə yoxdur, bəlkə daha da yaşlananda aşkara çıxar.

Mən illərdir, ağ şəkər, qənd yemirəm. Şəkər əvəzinə meyvə, quru meyvələr yeyib, idarə edirəm. Amma şirniyyat ürəyim istəyəndə yeyirəm. Mən heç nədən tam imtina etməmişəm. Ürəyim istəyəndə qutab da, kabab da yeyirəm. Tamaşaçılar elə bilir pəhrizdəyəm, efirə çıxdığıma görə az yeyirəm. Amma əksinə. Bəlkə də maddələr mübadiləm güclü, düzgün olduğuna görə məndə kökəlmə, arıqlama olmur. Ya yaş öz sözünü deyir. Yaşa dolduqca bədən quruyur (gülür)".   Nərgiz Cəlilova son zamanlar bir çox tanınmış simanın mübarizə apardığı onkoloji xəstəliklərdən qorxmadığını da deyib: 


Xəbərə aid fotolar