Alimlərin kəşf etdiyi yeni ulduz sistemi partlayışa hazırlaşır


Digərləri 21 Noy 2018 22:56:00 260 0

Alimlərin kəşf etdiyi yeni ulduz sistemi partlayışa hazırlaşır

Avropa Cənub Rəsədxanası yeni ulduz sisteminin kəşf edildiyini açıqlayıb.

Son.az "ölkə.az"-a istinadən xəbər verir ki, alimlər kəşf edilən ulduz sisteminin partlayışa hazırlaşdığını bildiriblər.

Bildirilir ki, sistem üç ulduzdan ibarətdir və kosmik tozla əhatə edilib. Sistemin rəsmi adı "2XMM J160050.7-514245"dır amma ilan formasında olduğu üçün astronomlar "Apop" adlandırıblar. Qədim Misir mifologiyasında Apop xaosu təsvir edən nəhəng ilandır və Ra Günəş Tanrısının düşmənidir. Sistem Volf-Raye ulduzundan ibarətdir. Bu ulduzlarda isə işıqlanma və tempratur çox yüksək olur. Bəzi nəhəng ulduzlar həyatlarının son dövründə Volf-Raye ulduzuna çevrilirlər. Əsasən bu, bir neçə yüz min il davam edən qısa fazadır.