Britaniya və İspaniya Cəbəllütariq üzrə razılığa gəlib


Dünya 21 Noy 2018 22:41:00 239 0

Britaniya və İspaniya Cəbəllütariq üzrə razılığa gəlib

İspaniya və Böyük Britaniya "Brexit"lə bağlı Cəbəllütariq üzrə siyasi memorandumları razılaşdırıblar, lakin Madrid Britaniyanın Avropa İttifaqından (Aİ) çıxmasına dair sazişə veto qoymaq hüququndan imtina etməyib.

Son.az "report"-a istinadən bildirir ki, söhbət Britaniyanın Aİ-dən çıxmasına dair sazişin bir hissəsi olan Cəbəllütariq üzrə əvvəl razılaşdırılmış protokol çərçivəsində qarşılıqlı anlaşma memorandumlarından gedir.