Azərbaycan və Rusiya Xəzərin hüquqi statusunu müzakirə ediblər


Digərləri 21 Noy 2018 22:44:00 270 0

Azərbaycan və Rusiya Xəzərin hüquqi statusunu müzakirə ediblər

Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Moskvada Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə Xəzər dənizinin hüquqi statusunu müzakirə edib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə TŞ-nin mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir: "Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə Rusiya və Azərbaycanın müxtəlif nazirlik və idarələrin qarşılıqlı fəaliyyət perspektivləri, terrorizmə qarşı mübarizə məsələləri, həmçinin Xəzər dənizinin hüquqi statusu məsələsi müzakirə olunub".