Çində süni intellekt texnologiyası tətbiq edilmiş 100 minlərlə miniklinika quraşdırılacaq


Digərləri 21 Noy 2018 22:35:00 283 0

Çində süni intellekt texnologiyası tətbiq edilmiş 100 minlərlə miniklinika quraşdırılacaq

"South China Morning Post" nəşri yazır ki, Honkonqun "Ping An Good Doctor" şirkəti Çində telefon budkasına oxşar və avtonom işləyən 100 minlərlə miniklinika quraşdırmağı planlaşdırır. Bu miniklinikaların hər biri pasiyentin yazılı və ya səsli formada daxil edilmiş şikayətlərini təhlil edəcək süni intellekt texnologiyası ilə təchiz ediləcək. Bundan sonra alqoritm toplanmış informasiyanı həkimə göndərəcək və sonuncu diaqnoz qoyaraq resept yazacaq. Miniklinikanı tərk etmədən lazımi dərmanı almaq mümkün olacaq.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, "Ping An Good Doctor" startapı 2014-cü ildə təsis edilib. 2015-ci ildə startap həkimlərlə əlaqə yaratmaq, başqa pasiyentlərlə informasiya mübadiləsi və tibbi xidmətlərin göstərilməsi üçün dərman, kosmetika və sertifikatlar almaq üçün mobil proqramını bazara çıxarıb.

Hazırda mobil proqramda 228 milyon istifadəçi qeydiyyatdan keçib, 48,6 milyon aktiv auditoriyası var. 5000-dən çox həkim istifadəçilərə məsləhətlər verir.