Dünyada mina partlayışından ölən insanların sayı artıb


Dünya 21 Noy 2018 22:29:00 223 0

Dünyada mina partlayışından ölən insanların sayı artıb

Dünyada piyada əleyhinə minaların partlayışından həlak olan insanların sayı artıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə məlumatı noyabrın 20-də Cenevrədə Piyadalar Əleyhinə Minaların Qadağan Olunması Uğrunda Beynəlxalq Kampaniya açıqlayıb.

Məlumatda bildirilir ki, ötən il dünyanın müxtəlif bölgələrində mina partlayışı nəticəsində 2793 insan həlak olub, 4400-dən artıq insan yaralanıb. 2016-cı ildə mina partlayışından ölənlərin sayı 2500, 2015-ci ildə isə təxminən 1900 nəfər olub. Təşkilat statistikadan kənar rəqəmlərin daha yüksək olması qənaətindədir.