Dünyanın ən bahalı 10 TƏYYARƏSİ: qızıldan hissələr və


Digərləri 21 Noy 2018 21:35:00 346 0

Dünyanın ən bahalı 10 TƏYYARƏSİ: qızıldan hissələr və

Son.az Publika-ya istinadən dünyanın ən bahalı təyyarələrinin siyahısını təqdim edir.

9. "BOEING 747-400 CUSTOM" - 220 milyon dollar

"Boeing 747-400"ün özəlləşdirilmiş versiyası. Səudiyyə Ərəbistanı şahzadəsi Əl Vəlid ibn Təlala məxsusdur.

Şahzadə 2003-cü ildə bu təyyarəni aldıqdan sonra iki lüks yataq otağı, 14 nəfərlik yemək masası və təyyarənin tam mərkəzinə taxt qoydurub. Taxt 100% qızıldan hazırlanıb. Təyyarənin konsfrans salonu da var.

8. "E-2D ADVANCED HAWKEYE" - 232 milyon dollar

Qeyri-adi görünüşə sahib olan bu hərbi təyyarə "Grumman Aircraft Company" tərəfindən istehsal edilib.

ABŞ donanmasına məxsus təyyarə bütün hava şəraitlərinə uyğundur. Təyyarə erkən xəbərdarlıq (AEW)sistemi, "APY-9" radar sistemi, bir radio paketi, sonradan əlavə edilmiş peykdən xəbərləşmə potensialı, turbo prop motorları və elektron axtarış sisteminə malikdir.

E-2D şirkətin istehsal etdiyi son kəşfiyyat məqsədli təyyarədir.

7. Boeing 747-430 Custom - 233 milyon dolar

Orijinal təyyarə, təxminən, 100 milyon dollar dəyərindədir. Ancaq təyyarənin olan sahibi Bruney sultanı onun bəzi bölmələrində qızıldan istifadə etdirib. Buna görə əlavə 133 milyon dollar xərcləyib.

Qonaq otağı, yataq otağı və hamamın hamısı qızıl və "Lalique" kristalı ilə dizayn edilib. Əlüzyuyanlar sərt qızıldan emal edilib.

6. "P-8A Poseydon" - 290 milyon dolar

"Boeing" şirkəti tərəfindən ABŞ donanması üçün istehsal edilib. Planetin ən yaxşı müdafiə təyyarələrindən biridir. Təyyarədə su bombası, "SLAM-ER" raketləri, "Harpoon" anti-gəmi raketləri kimi sursatlar var.

5. "C-17A Globemaster III" - 328 milyon dolar