Azərbaycanlı bəstəkar həyat yoldaşının ölümündən danışdı: "Bunu hələ də özümə bağışlaya bilmirəm, gərək..." FOTO


Şou-biznes 21 Noy 2018 21:23:00 318 0

Azərbaycanlı bəstəkar həyat yoldaşının ölümündən danışdı: "Bunu hələ də özümə bağışlaya bilmirəm, gərək..."  FOTO

Bəstəkar Nailə Mirməmmədlinin Son.az-a müsahibəsi.

- Nailə xanım, kənardan güclü xanım təsiri bağışlayırsınız. Həqiqətən, güclüsünüz?

- Bəli, güclü qadınam. Əgər bu, kənardan da belə görünürsə, nə xoş mənim halıma.

- Həyatda çox itkiləriniz olub. Əvvəllər kimisə itirmək qorxusu yaşayırdınız?

- Mən çox sevdiyim, əzizlədiyim insanları bu dünyadan yola salmışam. Bir deyil, iki deyil. Bu hiss elə qorxuyla bağlıdır. Heç vaxt istəməzdim ki, yaxınlarımı itirim. Qəlbən bağlandığım yaxınlarımı, əzizlərimi itirməkdən qorxuram.

- İstərdim ki, həyat yoldaşınız, tanınmış bəstəkar Hikmət Mirməmmədlini xatırlayaq.

- Bizim əvvəllər dost kimi tanışlığımız var idi, yaradıcılığımıza görə daha da yaxın olduq. Bir-birimizi görməyəndə darıxırdıq. Həmişə ailədə də çalışmışam ki, ondan söz götürməyim, nəyi sevibsə etmişəm, nədən xoşlanmayıbsa etməmişəm. Onun bir baxışından hiss etmişəm ki, nəyi xoşlamır. Hikmət həm həyat yoldaşı, həm də ata kimi çox gözəl insan idi.

- Çətin günlərinizdə əsas dəstəkçiniz kim oldu?

- Hikmətdən sonra mən özümdə o gücü, qüvvəni tapa bildim. Vaxtım da olmadı ki, durub Hikmət üçün ağlayım. Çünki bir uşaq ali məktəbə daxil olmalı idi, digərləri isə məktəbin yuxarı sinfində oxuyurdular. Məqsədim ancaq onları qorumaq idi. Dərdimi tamamilə də olmasa qismən unutdum.


Xəbərə aid fotolar