Azərbaycanda universitetin həyətində əl qumbarası tapıldı


Digərləri 21 Noy 2018 20:52:00 233 0

Azərbaycanda universitetin həyətində əl qumbarası tapıldı

Azərbaycan Texnologiya Universitetinin (ATU) həyətyanı ərazisində əl qumbarası aşkar olunub.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Son.az-a verilən məlumata görə, 2018-ci il 21 Noyabr tarixində saat 10:49-da Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən və saat 11:01-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Gəncə şəhəri, Kəpəz rayonu, Şah İsmayıl Xətai prospektində partlamamış hərbi sursatın tapılması barədə məlumatlar daxil olub.

Məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.


Xəbərə aid fotolar