Dünya gücləri S400ləri niyə alır?


Dünya 21 Noy 2018 21:00:00 236 0

Dünya gücləri S400ləri niyə alır?

Rusiyanın S-400 zenit-raket kompleksləri dünya silah bazarında "ixracat hiti"nə çevrilib.

Son.az Publika-ya istinadən xəbər verir ki, bu haqda Almaniyanın "Die Welt" qəzeti yazıb.

Nəşr qeyd edir ki, kompleksləri yanvarın əvvəlində artıq Çin alıb, növbəti il S-400-lər Türkiyəyə gəlməlidir, oktyabrda isə Hindistanla 5 milyard dollarlıq müqavilə imzalanıb.

Qəzetin ekspertlərinin fikrincə, S-400 texniki xarakteristikaları üzrə Amerika analoqlarını qabaqlayır. Xüsusi halda, Rusiya kompleksi 30 kilometr hündürlükdə, 400 kilometr radiusda hərəkət edən müxtəlif hədəfləri vurmağa qadirdir və müxtəlif mənzilli raketlərlə təchiz edilir. Amerika "Patriot" sistemləri isə 100 kilometr uçuş məsafəsi olan raketləriylə təchiz edilir.