Çaylarda suyun səviyyəsi yenə dəyişdi


Digərləri 21 Noy 2018 20:19:00 213 0

Çaylarda suyun səviyyəsi yenə dəyişdi

Son günlər çaylarda suyun səviyyəsi dəyişib.

Bakı. Son günlər çaylarda suyun səviyyəsi dəyişib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 50-130, Kiçik Qafqazın çaylarında 90-100, Lənkəran-Astara bölgəsi çaylarında isə orta hesabla 60-80 faizini təşkil edib. Tranzit çaylarda vəziyyətə gəlincə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 5 sm artım müşahidə olunub. Məntəqədə su sərfi 228 m3/s olmaqla ongünlük normanın 130 faizini təşkil edib. 2017-ci ildə isə bu rəqəm 160 m3/s olmaqla ongünlük normanın 91 faizini təşkil edib. Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 9 sm artım müşahidə olunub. Məntəqədə su sərfi 102 m3/s olmaqla, ongünlük normanın 119 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 39,5 m3/s təşkil edərək ongünlük normanın 46 faizinə bərabər olub.