"34 kilo atmalıyam. Geyimlərim haqda nə istəyirlər yazsınlar"


Şou-biznes 21 Noy 2018 20:16:00 319 0

"34 kilo atmalıyam. Geyimlərim haqda nə istəyirlər yazsınlar"

"İştahım çox yaxşıdır. Kompleksim yoxdur, amma bilirəm ki, arıqlamaq lazımdır. Çünki ekran insanı 8 kiloqram artıq göstərir. Hardasa 3-4 kilo atmalıyam. Düzünü desəm, bunun üçün heç nə etmirəm. Amma etməliyəm".

Son.az bildirir ki, bu sözləri axşam.az-a açıqlamasında aktrisa Ülfət Bəşir deyib. Hər dəfə geyimləri ilə gündəmə gələn Ülfət bunun onu narahat etmədiyini söyləyib:

"Geyimlərim haqda yazılması mənə problem yaratmır. Çünki ətrafımda olanlar necə insan olduğumu bilir. Nə istəyirlərsə, yazırlar.

Ümumiyyətlə, məndən əvvəl kiminsə geyimi haqda nəsə deyilməmişdi. İlk dəfə mən "Stalinin başı" filminin qalasında elə bir addım atdım. Ağlıma gəlməzdi ki, mənim barəmdə yazılsın. Bir dəfə də dekoletmə görə yazmışdılar. 


Xəbərə aid fotolar