"Avroviziya"da səsvermə qaydaları dəyişib


Kriminal 21 Noy 2018 19:48:00 212 0

"Avroviziya"da səsvermə qaydaları dəyişib

İctimai Televiziya və Radio Yayımları Şirkəti bu il sayca 15-ci olan "Uşaq Avroviziya-2018" ilə bağlı səsvermə qaydalarını izah edən video-çarx yayımlayıb.

Son.az bildirir ki, Qurumun İctimaiyyətlə Əlaqələr Departamentindən Sputnik Azərbaycan-a verilən məlumata görə. "Uşaq Avroviziya" mahnı müsabiqəsi fəaliyyətə başlayan gündən səsvermə qaydaları hər il dəyişdirilib.

Yeni qaydalara əsasən isə, artıq hər ölkə öz təmsilçisinə səs vermək hüququna sahibdir. Belə ki, müsabiqədən öncə, noyabr ayının 23-də saat 19:00-dan etibarən www.junioreurovision.tv və www.jesc.tv saytlarından tamaşaçıların onlayn səsverməsi reallaşacaq, daha sonra isə müsabiqə günü səsvermə müvəqqəti olaraq dayandırılacaq.

Final günü sonuncu iştirakçının ifasından sonra isə, səsvermə 15-30 dəqiqə ərzində yenidən aktiv olacaq, daha sonra həmin səslər müsabiqənin səs hesablayan heyətinə təqdim ediləcək. Onlar bu səsləri ballara çevirərək nəticəni lövhədə nümayiş etdirəcək, yekunda isə həmin ballar münsiflər heyətinin səsverməsinə əlavə ediləcək.