Galaxy S10 və əyilə bilən Galaxy F haqqında yeni məlumatlar sızdırıldı


Digərləri 21 Noy 2018 19:32:00 301 0

Galaxy S10 və əyilə bilən Galaxy F haqqında yeni məlumatlar sızdırıldı

SamMobile adlı mənbə Galaxy S10 seriyası və əyilə bilən Galaxy F (şərti ad) modeli barəsində yeni məlumatları verib.

Son.az Technote-a istinadən xəbər verir ki, mənbənin verdiyi məlumata əsasən yeni Galaxy S seriyası 3 variantda təqdim olunacaq və onlardan yalnız ikisi ekrana inteqrasiya olunmuş barmaq izi skanı texnologiyası ilə təchiz olunacaq.

Belə ki, ekrana inteqrasiya olunmuş barmaq izi skanı texnologiyası ilə 5.8 inç ekrana sahib Galaxy S10 (SM-G973xmodel nömrəli) və 6.44 inç ekrana sahib Galaxy S10+ modeli (SM-G975x model nömrəli) təchiz olunacaq.