Tacikistanın Roqun su elektrik stansiyası regionda ən güclü SES olacaq


Dünya 21 Noy 2018 19:20:00 349 0

Tacikistanın Roqun su elektrik stansiyası regionda ən güclü SES olacaq

Tacikistanın Roqun su elektrik stansiyası (SES) 3600 meqavatt gücü ilə regionda ən güclü SES olacaq.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Roqun SES-in birinci aqreqatının işə salınması mərasimində Tacikistanın Azərbaycandakı səfiri Rüstəm Soli deyib.

Səfir bildirib ki, birinci aqreqat işə salındıqdan sonra SES Tacikistanın ümumi enerji sisteminə qoşulub. Plana əsasən, ikinci aqreqat 2019-cu ildə işə salınacaq. Altı aqreqatın hamısının işə salınması 2024-cü ilədək planlaşdırılır:

"Bərpa olunan enerji mənbələrindən istifadə etməklə SES ekoloji təmiz elektrik enerjisinin istehsalını təmin edəcək və regionun bütün ölkələrinə xidmət edəcək".

Səfir onu da qeyd edib ki, Roqun SES-in tikinti sahəsində 22 min nəfər işləyir, onlardan 20 min nəfəri tacikdir: