44 yaşlı modelin inanılmaz cavanlıq SİRRİ:


Digərləri 21 Noy 2018 18:52:00 307 0

44 yaşlı modelin inanılmaz cavanlıq SİRRİ:

44 yaşlı model Abigail Oneill illərə meydan oxunan gənclik sirrini açıqlayıb.

Son.az publika-ya istinadən xəbər verir ki, üzündə heç bir qırış olmayan 44 yaşlı avstraliyalı model gözəlliyini genlərinə və 12 dəqiqəlik möcüzəvi duşla əlaqəli olduğunu deyib:

"Bunu hər gün və ya həftədə ən az bir dəfə yerinə yetirməyə çalışıram. Yalnız 12 dəqiqə çəkir. 3 dəqiqə isti, 30 saniyə soyuq su ilə duş qəbul edirəm. Və bunu 3 dəfə təkrar etmək lazımdır. Hətta ən soyuq ölkədə olsam belə, isti-soyuq duş qəbul edirəm. İsti və soyuq duş ritualını 30 ildir ki, həyata keçirirəm. Şübhəsiz ki, dərimin gənc qalmasında rolu böyükdür".

Model daha sonra əlavə edib ki, həftədə 3 dəfə pilinq edir. Pilinqdən sonra dərisini uçucu yağlar və ya preslənmiş orqanik yağlarla nəmləndirir:


Xəbərə aid fotolar