Bakıda polisi öldürməyə cəhddə təqsirləndirilən şəxsə hökm oxundu
Digərləri 21 Noy 2018 17:12:00 250 0
Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməyə cəhddə təqsirləndirilən Anar Mehtiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Son.az Trend-ə istinadən xəbər verir ki, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə A.Mehtiyevin ittiham olunduğu 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə, 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün zor tətbiq etmə) maddələri 315.1-ci (hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə) maddəsinə tövsif edilib və o, 3 il 6 ay azadlıqdan məhrum edilib.
Bakı Şəhər Prokurorluğunun yaydığı məlumata əsasən, bu il mayın 20-də saat 00:30 radələrində paytaxtın Nəsimi rayonu ərazisində mübahisə zamanı Mehtiyev Anar Yusif oğlu aralarında baş vermiş mübahisə zəminində Ağayev Fərhad Sultan oğlunu döyərək ağır bədən xəsarəti yetirməsi faktı ilə əlaqədar Nəsimi rayon Polis idarəsinin (RPİ) İstintaq şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.