Azyaşlı qızlara təcavüz edən manyak özünü təqsirli bilmədi


Digərləri 21 Noy 2018 16:26:00 262 0

Azyaşlı qızlara təcavüz edən manyak özünü təqsirli bilmədi

Bakıda azyaşlılara təcavüz etməkdə və ayrı-ayrı qadınlara qarşı soyğunçuluq etməkdə şübhəli bilinən Amil Paşayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Son.az teleqraf.com-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

Daha sonra Amil Paşayev elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.

Daha sonra məhkəmənin qapalı keçirilməsi ilə bağlı qərar qəbul edilib.

Qapalı keçirilən iclasda Amil Paşayev və zərərçəkmişlər ifadə veriblər.

Növbəti proses noyabrın 28-də davam edəcək.

Qeyd edək ki, Xətai rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon ərazisində ayrı-ayrı vaxtlarda iki qadına hücum edərək zərərçəkənlərin çantalarını ələ keçirməkdə şübhəli bilinən paytaxt sakini Amil Paşayev saxlanılıb.