Rza Rzayevlə məktəb direktoru arasında baş verən insidentlə bağlı


Digərləri 21 Noy 2018 16:04:00 261 0

Rza Rzayevlə məktəb direktoru arasında baş verən insidentlə bağlı

Daxili İşlər Nazirliyi (DİN) Bakıda aktyor Rza Rzayevlə məktəb direktoru arasında baş verən insidentə münasibət bildirib.

Son.az xəbər verir ki, Nazirliyin Mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə report-un sorğusuna cavab olaraq qeyd edib ki, faktla bağlı Nizami rayon Polis İdarəsinin 25-ci polis şöbəsində təhqiqat araşdırması aparılıb, hər iki şəxsin ərizələri və izahatları alınıb: "Həmçinin onların tibbi ekspertizadan keçirilmələri təmin olunub. Təhqiqat zamanı faktla əlaqədar toplanmış materiallar sonrakı araşdırmaların aparılması və hadisəyə hüquqi qiymət verilməsi üçün istintaq orqanına göndərilib".