Prezident İlham Əliyev Türkmənistana rəsmi səfərə gəlib


Digərləri 21 Noy 2018 16:04:00 213 0

Prezident İlham Əliyev Türkmənistana rəsmi səfərə gəlib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Türkmənistana rəsmi səfərə gəlib.

Bakı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Türkmənistana rəsmi səfərə gəlib. Azərbaycanın və Türkmənistanın dövlət bayraqlarının dalğalandığı Aşqabad beynəlxalq hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident İlham Əliyevi Türkmənistanın Baş nazirinin müavini, xarici işlər naziri Rəşid Meredov və digər yüksək vəzifəli şəxslər qarşıladılar. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin