Maşın bazarında qiymətlər dəyişəcək


Digərləri 21 Noy 2018 15:59:00 199 0

Maşın bazarında qiymətlər dəyişəcək

2019-cu ildən Azərbaycana xaricdən gətirilən avtomobillərə gömrük rüsumu artırılır. Bu qərarın avtomobil bazarına təsirsiz ötüşməyəcəyi gözlənilir.

Son.az xəbər verir ki, məsələ ilə bağlı modern.az-a danışan iqtisadçı ekspert Rəşad Həsənov deyib ki, təsirlər əvvəlcədən məlumdur:

"Çünki xərclər artırsa, son nəticədə avtomobil bazarında qiymətlər də dəyişəcək. Bu, bir neçə istiqamətdə nəticələrlə ortaya çıxacaq. Birincisi, bundan sonrakı dövrdə ölkədə avtoparkın strukturunda dəyişiklik olacaq. Belə ki, böyük mühərrikli avtomobillərə rüsumların kəskin artırılması nəticəsində növbəti illərdə ölkəyə gətirilən bu növ maşınlar azalacaq. Nəticədə daha aşağı mühərrik gücünə malik olun avtomobillərin xüsusi çəkisi artacaq. Bundan başqa, digər bir tərəfdən idxalın həcminin azalmasını qeyd edə bilərik. 2013-2014-cü illərlə müqayisə etsək, avtomobil idxalı bir neçə dəfə azalıb. 2017-ci ildən sonra nisbətən artımlar başlayırdı, amma rüsumların qaldırılması ölkəyə avtomobil idxalının həcminin yenidən azalmasına gətirib çıxaracaq".

Ekspert bildirib ki, bundan sonra yerli istehsala maraq arta bilər:

"Ötən il Azərbaycanda yeni avtomobil zavodu istismara verilib. Tam gücü ilə işləməsə də, zavodun il ərzində 10000 avtomobil istehsal etməsi nəzərdə tutulur. Əgər növbəti dövrlərdə hər hansı bir dəyişiklik baş verməsə və zavodun istehsal etdiyi məhsulların keyfiyyəti ilə bağlı ciddi narazılıqlar ortaya çıxmasa, müəyyən dərəcədə daxili istehsala tələbat arta bilər".

İqtisadçının sözlərinə görə, rüsumların artmasından sonra təkrar bazarda da dəyişikliklər olacaq: