Bakı polisinin axtardığı məşhur meyxanaçının


Digərləri 21 Noy 2018 15:40:00 240 0

Bakı polisinin axtardığı məşhur meyxanaçının

2015-ci ildə Bakı şəhər Baş Polis İdarəsi tərəfindən axtarışa verilən və uzun müddətdir Rusiyada yaşayan tanınmış meyxanaçı Vahid Qədim illər sonra görüntülənib.

Son.az a24.az-a istinadən xəbər verir ki, meyxanaçının fotolarını həmkarı Vüqar Əbdülov paylaşıb. Rusiyada baş tutan məclislərdən birinin ardından axtarışda olan meyxanaçı ilə görüşən V. Əbdülovun paylaşdığı fotolardan Vahid Qədimin ölkədən köçdüyü 5 il ərzində xarici görünüşdən heç bir dəyişikliyin baş vermədiyi görünür.

Qeyd edək ki, dələduzluqda təqsirləndirilən meyxanaçı 2013-cü ildən ailəsi ilə birlikdə Rusiyada yaşayır. Məlumata görə, Vahid Qədim Rusiyada yaşayıb, sənətlə məşğul olur. Bildirilir ki, o, Rusiyada meyxanaları ilə məşhurdur, sevilir.

Xatırladaq ki, söz xiridarı barədə Bakı şəhər Baş Polis İdarəsinin saytında məlumat yerləşdirilib. Məlumatda qeyd olunur ki, 1973-cü il təvəllüdlü Səfərov Vahid Ağabala oğlu Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilir.


Xəbərə aid fotolar