"Mən Şvarsneqirəm, kiməm ki ..."


Digərləri 21 Noy 2018 15:20:00 267 0

"Mən Şvarsneqirəm, kiməm ki ..."

"Əgər mənim hərəkətim dövlətçiliyimizə xələl gətirirsə, cəzamı çəkməyə hazıram"

Son.az xəbər verir ki, bu sözləri aktyor Rza Rzayev "Yeni Müsavat"ın feysbuk səhifəsinin canlı yayımına qonaq olarkən deyib. 

R.Rzayev 175 nömrəli məktəbin direktoru Tural Mirzəliyevlə davasının təfərrüatından danışıb:

"Polislər hələ ifadəmi alırlar. Niyə həbs olunmalıyam? Xəstəxanada o elə-belə gedib yatıb. Artistlik edir. Gedin yoxlayın görün o nə zədə alıb. O, heç bir zədə almayıb, yalan danışır. Bizim peşəmiz artistlikdir, o adam həyatda artistdir. Orada elə güclü dava olmayıb ki, o, elə ağır zərbə alsın. Həm də onlar iki nəfər olublar. Nə oldu, mən Şvarsneqirəm, kiməm ki, iki nəfəri döydüm və ona çox ağır xəsarət yetirdim". 


Xəbərə aid fotolar