Elektrik dirəyinə dəyən “Nissan” aşdı, sürücü öldü


Digərləri 21 Noy 2018 15:25:00 220 0

Elektrik dirəyinə dəyən “Nissan” aşdı, sürücü öldü

Balakən rayonunun Poçtbinə kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Bakı. Balakən rayonunun Poçtbinə kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən Trend-ə verilən məlumata görə, noyabrın 21-də saat 1 radələrində Balakən rayonunun Poçtbinə kəndi ərazisində Bakı şəhər sakini Ülvi Əliyev idarə etdiyi “Nissan” markalı avtomobili yolun kənarındakı elektrik dirəyinə vurub və zərbədən avtomobil aşıb.