Gənc Tamaşaçılar Teatrı “Əlif” Beynəlxalq Festivalına qatılacaq


Kriminal 21 Noy 2018 15:17:00 242 0

Gənc Tamaşaçılar Teatrı “Əlif” Beynəlxalq Festivalına qatılacaq

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı 20-24 noyabr tarixlərində İranın Təbriz şəhərində keçiriləcək "Əlif" beynəlxalq teatr festivalında "Dəlinin qeydləri" mono tamaşasıyla təmsil olunacaq.

Son.az xəbər verir ki. t6amaşa 21-22 noyabr tarixlərində Festival iştirakçılarına təqdim ediləcək. Nikolay Vasilyeviç Qoqolun pyesi əsasında Xalq artisti, rejissor Cənnət Səlimovanın quruluş verdiyi əsər bu günə kimi  bir çox xarici ölkələrdə - Rusiya, Ukrayna, Belarusiya, Moldova, İran, Türkiyə, Tatarstan, Orta Asiya ölkələrində beynəlxalq festivallarda uğurla iştirak edib. Tamaşanın rəssamı  Lətifə Quluzadədir. Aksenti İvanoviç rolunu əməkdar artist Şövqi Hüseynov canlandırır. Səhnə əsərində "kiçik adam" faktının törətdiyi problemlərin həlli yolları axtarılır. Qəhrəman təxəyyülündə yaratdığı, real olmayan dünyasında sosial bərabərsizli məhv etməyə çalışır. Dahi Alfred Şnitkenin musiqisi bu əsarətdən qurtulmaq ağrısını daha da təsirli ifadə edir.


Xəbərə aid fotolar