Ötən gün yol qəzalarında 3 piyada ölüb


Digərləri 21 Noy 2018 14:03:36 285 0

Ötən gün yol qəzalarında 3 piyada ölüb

Ötən gün yol qəzalarında 3 piyada ölüb

Bakı. Ötən gün yol qəzalarında 3 piyada ölüb. DİN-dən Trend-ə verilən məlumata görə, noyabrın 20-də saat 17 radələrində Şəki rayonunun Vərəzət kəndi ərazisində rayon sakini Asiman Sədirov idarə etdiyi “VAZ-21061” markalı avtomobillə yolu keçən kənd sakini, azyaşlı Mehrab Qasımovu vurub. Xəstəxanaya yerləşdirilmiş uşaq orada ölüb. Noyabrın 20-də saat 19 radələrində Tovuz rayonunun Aşağı Quşçu kəndi ərazisində kənd sakini Fazil Rzayev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmkəndlisi Rəhilə Namazovanı vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.