Muğam Mərkəzində Yaradanlar və yaşadanlar” layihəsi uğurla davam edir


Kriminal 21 Noy 2018 13:37:00 320 0

Muğam Mərkəzində Yaradanlar və yaşadanlar” layihəsi uğurla davam edir

Beynəlxalq Muğam Mərkəzində möhtəşəm “Yaradanlar və yaşadanlar” layihəsi uğurla davam edir

Beynəlxalq Muğam Mərkəzində möhtəşəm "Yaradanlar və yaşadanlar" layihəsi uğurla davam edir.

Noyabrın 20-də  Beynəlxalq Muğam Mərkəzində "Yaradanlar və yaşadanlar" layihəsi çərçivəsində keçirilən konsert bir çox məşhur mahnının müəllifi, bəstəkar Şahid Əbdülkərimovun yaradıcılığına  həsr olunmuşdu. 

Tədbir "Mədəniyyət" televiziya kanalının və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi çərçivəsində, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilmişdi.

Konsertdə bəstəkarın mahnılarını xalq artistləri Nəzakət Teymurova - "Könül açdım", Gülyaz Məmmədova - "Gecələr", Gülyanaq Məmmədova - "Gözüm yandırar səni",   əməkdar artist Zakir Əliyev - "Təki sən səslə məni", Azərbaycan Televiziyası və Radiosunun solistləri Rövşən Əziz - "Şirin yuxu olaydın", Kamilə Nəbiyeva - "Gözəlim" ifa etdilər. 

İfaçıları  xalq artisti Ağa Cəbrayıl Abasəliyevin bədii rəhbərliyi altında "Səadət" instrumental ansamblı müşayiət edirdi.

Konsertin son nömrəsi olan "Heç küsməyin yeridirmi" mahnısı Almaz Orucova, Gülyaz Məmmədova və Gülyanaq Məmmədovanın   ifasında səsləndi.