Bakı Şəhəri üzrə Təhsil İdarəsi məktəb direktoruna qarşı baş vermiş zorakılıqla bağlı məlumat yayıb


Digərləri 21 Noy 2018 13:16:00 248 0

Bakı Şəhəri üzrə Təhsil İdarəsi məktəb direktoruna qarşı baş vermiş zorakılıqla bağlı məlumat yayıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsi paytaxtdakı 175 nömrəli tam orta məktəbin direktoru Tural Mirzəliyevə qarşı baş vermiş fiziki zorakılıq halını pisləyir və şiddətlə qınayır.

Bakı. İlhamə İsabalayeva - Bakı Şəhəri üzrə Təhsil İdarəsi paytaxtdakı 175 nömrəli tam orta məktəbin direktoru Tural Mirzəliyevə qarşı baş vermiş fiziki zorakılıq halını pisləyir və şiddətlə qınayır. İdarədən Trend-ə daxil olan məlumatda deyilir ki, bir təhsil müəssisəsinin rəhbərinə qarşı şəxsi toxunulmazlıq və digər hüquqi prinsiplərin kobud şəkildə pozulması ilə müşahidə olunan fiziki zor tətbiq edilməsi və bədən xəsarətləri yetirilməsi ölkəmizin təhsil ictimaiyyəti tərəfindən hiddətlə qarşılanır.