Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və UNEC arasında Anlaşma Memorandumu imzalanıb FOTO


Digərləri 21 Noy 2018 12:56:00 366 0

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və UNEC arasında Anlaşma Memorandumu imzalanıb  FOTO

Noyabrın 21-də İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Nazirlikdən Son.az-a verilən məlumata görə, sənədi Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov və UNEC-in rektoru Ədalət Muradov imzalayıblar.

Anlaşma Memorandumuna əsasən, tərəflər elmi yeniliklərin biznesə inteqrasiyası, innovativ təşəbbüslərin dəstəklənməsi, kiçik və orta biznes subyektlərinin tələbatına uyğun ixtisaslar üzrə təhsil proqramları və metodiki vəsaitlərin hazırlanması, UNEC tələbələrinin praktiki biliklərə yiyələnməsi sahəsində əməkdaşlıq edəcəklər.


Xəbərə aid fotolar