“Kaspersky Lab”: Kibertəhlükəsizliyə az investisiya yatıran ölkələr haker hücumlarına daha çox məruz qalır


Digərləri 21 Noy 2018 12:30:00 197 0

“Kaspersky Lab”: Kibertəhlükəsizliyə az investisiya yatıran ölkələr haker hücumlarına daha çox məruz qalır

Məşhur “Lazarus” kiberqruplaşmanın əsas strategiyası az inkişaf etmiş ölkələrin seçimindən ibarətdir ki, burada hücuma məruz qalan obyektlər kibertəhlükəsizliklərinə olduqca az investisiya yatırırlar.

Bakı. Məşhur “Lazarus” kiberqruplaşmanın əsas strategiyası az inkişaf etmiş ölkələrin seçimindən ibarətdir ki, burada hücuma məruz qalan obyektlər kibertəhlükəsizliklərinə olduqca az investisiya yatırırlar. Trend-in məlumatına görə, bunu “Kaspersky Lab” şirkətinin Asiya-Sakit okean regionu üzrə Tədqiqat Mərkəzinin rəhbəri Vitali Kamlyuk söyləyib. Onun sözlərinə görə, “Lazarus” – ilkin olaraq məlumatların toplanması və sabotajla məşğul olan, daha sonra infrastrukturun elemntlərini məhv edən, sonda isə pulların oğurlanması ilə maraqlanan qruplaşmadır. Məsələn, 2016-cı ildə “Lazarus” Banqladeş Mərkəzi Bankına hücum edərək 951 mln. ABŞ dolları məbləğində vəsaiti oğurlamaq niyyətində idi. Nəticədə cinayətkarlar SWIFT banklararası köçürmə sisteminə qoşulan banklara etdikləri məqsədli hücumlar vasitəsilə yalnız 81 mln. dollar oğurlamağa müvəffəq olublar. 30 ölkənin yüzlərlə maliyyə təşkilatı sözügedən qurplaşmanın hədəfinə çevrilib. İlk öncə hakerlər Polşa, Rusiya, Venesuela, Braziliya, Meksika, Çili, Banqladeş, Hindistan, bir neçə Afrika ölkəsinin milli bankları da daxil olmaqla bir sıra ölkənin maliyyə qurumlarına hücum ediblər. 2017-ci ilin əvvəlində isə “Kaspersky Lab”ın ekspertləri “Lazarus”un kriptovalyuta bazarlarına marağının artmasını qeydə alıblar ki, qruplaşma həmin vaxt öz serverlərinin birində “Monero”nun mayninqi üçün proqram təminatı quraşdırmışdı. O andan etibarən qruplaşma kriptovalyuta birjaları və digər maliyyə təşkilatlarına dəfələrlə hücum edib. “Lazarus”un MDB ölkələrinin maliyyə təşkilatlarına hücumetmə ehtimalına gəldikdə Vitali Kamlyuk istisna etmir ki, hücumların coğrafiyası dəyişə bilər, belə ki, sözügedən regionda da kibertəhlükəsziliyə az investisiya yatıran ölkələr mövcuddur.