İstanbulda əməliyyat olunan Vüsalə Əlizadə səhhətindən danışdı


Şou-biznes 21 Noy 2018 12:15:00 372 0

İstanbulda əməliyyat olunan Vüsalə Əlizadə səhhətindən danışdı

"Bu neçə gün ərzində məndən narahat olan soruşan, xəbər alan, dua edən hər kəsə sonsuz təşəkkür edirəm, var olun, daima əziz olun, Allah sizi, ailənizi, əzizlərinizi qorusun. Xoşbəxt insanam ki, məni sevən ailəm, əzizlərim, dünya malına dəyən balam, dəyərli dostlarım və ən əsası məni hər sınaqdan alnıaçıq üzüağ çıxaran Allahım var. Bu, hər kəsin başına gələ biləcək problemdir, əsas odur ki, Allahım bizi əlacı olmayan dərdlərlə sınağa çəkməsin".

Son.az publika-ya istinadən xəbər verir ki, bu sözləri məşhur aparıcı Vüsalə Əlizadə sosial şəbəkədə yazıb. O, qızı ilə fotosunu paylaşaraq özünü artıq yaxşı hiss etdiyini deyib: