Əli Əhmədov: Azərbaycanın tarixi keçmişi nə qədər əzəmətlidirsə, gələcəyi də bir o qədər parlaqdır


Digərləri 21 Noy 2018 12:18:59 205 0

Əli Əhmədov: Azərbaycanın tarixi keçmişi nə qədər əzəmətlidirsə, gələcəyi də bir o qədər parlaqdır

Bu gün Yeni Azərbaycan Partiyası Azərbaycanın siyasi ab-havasının indikatoru rolunda oynayır.

Bakı. İlhamə İsabalayeva - Bu gün Yeni Azərbaycan Partiyası Azərbaycanın siyasi ab-havasının indikatoru rolunda oynayır. Trend-in məlumatına görə, bunu Yeni Azərbaycan Partiyası sədrinin müavini və partiyanın icra katibi, Baş nazirin müavini Əli Əhmədov partiyanın 26-cı ildönümünə həsr olunmuş tədbirdə çıxış edərkən deyib. Onun sözlərinə görə, YAP-ın yaranması Azərbaycanın müasir tarixinin ən önəmli hadisələrindən biridir. Bu təşkilat özünün 26 illik fəaliyyətindən məmnundur: "Bu illər ərzində Azərbaycan regionda öz mövqeyini əhəmiyyətli dərəcədə artırıb. Bu gün Azərbaycan adı hörmətlə çəkilən ölkələrdəndir". Ə.Əhmədov qeyd edib ki, YAP-da 725 min nəfər Azərbaycan vətəndaşı birləşib: "YAP-da Azərbaycanın yaşlı əhalisinin hər 10 nəfərindən biri təmsil olunur". Baş nazirinin müavini hesab edir ki, bu qədər vətəndaşın YAP-da birləşməsi Heydər Əliyev ideyalarına olan inamla bağlıdır. Ə.Əhmədov bildirib ki, Azərbaycanın tarixi keçmişi nə qədər əzəmətlidirsə, gələcəyi də bir o qədər parlaqdır. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin