İbrahim Nehrəmlinin qardaşının məhkəməsi başlayıb


Digərləri 21 Noy 2018 12:02:00 244 0

İbrahim Nehrəmlinin qardaşının məhkəməsi başlayıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimov və iş adamı Hacı İbrahim Nehrəmlinin qardaşı Sahib İbrahimovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

Son.az report-a istinadən xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Anket məlumatları dəqiqləşdirilən zaman S.İbrahimov bildirib ki, Naxçıvan Muxtar Respublikasının Babək rayonun Nehrəm kəndində 1971-ci ildə anadan olub, hazırda Yasamal rayonunda qeydiyyatdadır.

S.İbrahimov deyib ki, bizneslə məşğuldur. O, vəkilinin təcili işi olduğu üçün məhkəməyə gəlmədiyini söyləyib.

Daha sonra zərərçəkmiş Etibar Allahverdiyevin vəkili Xəqani İmanov orderi məhkəməyə təqdim edib.

İstintaq dövründə zərərməkmiş E.Allahverdiyev mülki iddia qaldırıb. O, 162 min 400 dollar maddi ziyanın və 50 min manat isə mənəvi ziyanın ödənilməsini istəyib.