Dünyanın ən təhlükəli ölkələri açıqlandı


Dünya 21 Noy 2018 11:39:00 214 0

Dünyanın ən təhlükəli ölkələri açıqlandı

Almaniyanın "Bündnis Entwicklung Hilft" cəmiyyətinin mütəxəssisləri təbii fəlakətlərdən ölüm riskinin yüksək olduğu dünya ölkələrinin reytinqini hazırlayıblar. 

Son.az oxu.az-a istinadən xəbər verir ki, professor Katrin Radtkenin rəhbərlik etdiyi Almaniyanın Rur Universitetindən olan nümayəndə heyəti 171 ölkənin təbii fəlakətlərinin statistikasını, eləcə də yerli hökumətlərin bu fəlakətlərə hazırlıq səviyyələrini analiz edib. 

Təbii fəlakətlər zamanı ölüm riskinin ən yüksək olduğu yer Sakit okeandakı Vanuatu və Tonqa adaları olub. Bu bölgə üçün zəlzələ, sunami və qasırğa xüsusi təhlükə hesab edilir.

Analoji vəziyyət Filippində də yaşanır ki, burada təbii fəlakətlərdən torpaq sürüşməsi və vulkan püskürməsi tez-tez müşahidə edilir. 

Risk kateqoriyasına Mərkəzi Amerika, Qərbi və Mərkəzi Afrika, eləcə də, Cənub-şərqi Asiya ölkələri daxil edilib.