Koroğlu Nəqliyyatı Mübadilə Mərkəzi yeni ünvanda fəaliyyət göstərəcək FOTO


Digərləri 21 Noy 2018 11:25:00 278 0

Koroğlu Nəqliyyatı Mübadilə Mərkəzi yeni ünvanda fəaliyyət göstərəcək  FOTO

Koroğlu Nəqliyyatı Mübadilə Mərkəzi noyabrın 23-ü səhər saatlarından yeni ünvanda fəaliyyət göstərəcək

Son.az xəbər verir ki, bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.

Belə ki, qeyd edilən gün səhər saatlarından ətraf kənd və qəsəbələr üzrə müntəzəm marşrut avtobusları Milli Gimnastika Arenasının dayanacaq məntəqəsində, yəni "Koroğlu" metrostansiyasının piramidalı çıxışının arxasında təşkil edilən Nəqliyyat Mübadilə Mərkəzində sərnişinlərə xidmət göstərəcək.

Sərnişinlərin rahatlığının və hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə yeni təşkil edilən mərkəzin ərazisində müvafiq şərait yaradılıb. Mərkəzin ərazisində 6 perron təşkil edilib, hər bir perronun ətrafı xüsusi sədlərlə əhatələnib, dayanacaq pavilyonları və hər bir perron üzrə məlumat lövhələri qoyulub. Axşam saatlarında ərazinin işıqlandırılması məqsədi ilə əlavə avadanlıqlar da quraşdırılıb. Sərnişinlərin "Koroğlu" metrostansiyasından perronlara rahat giriş və çıxışı üçün üç yerdə pilləkənlər təşkil edilib.


Xəbərə aid foto