Azərbaycanın müdafiə naziri ilə Türkiyə Baş Qərargah rəisi arasında görüş keçirilib (FOTO)


Digərləri 21 Noy 2018 11:19:00 214 0

Azərbaycanın müdafiə naziri ilə Türkiyə Baş Qərargah rəisi arasında görüş keçirilib (FOTO)

Noyabrın 21-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Baş Qərargah rəisi ordu generalı Yaşar Güler ilə görüşüb.

Bakı. Noyabrın 21-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Baş Qərargah rəisi ordu generalı Yaşar Güler ilə görüşüb. Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, tərəflər regional təhlükəsizlik, hərbi, hərbi-texniki, hərbi təhsil, hərbi tibb sahələrində əməkdaşlıq, birgə hərbi təlimlərin keçirilməsi, hərbi mütəxəssislərin qarşılıqlı səfərlərinin təşkili və qarşılıqlı maraq doğuran digər məsələlər barəsində fikir mübadiləsi aparıblar. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin