“Məni söysələr, boş ver keç” Nadir Qafarzadədən oğluna MƏSLƏHƏT VİDEO FOTO


Şou-biznes 21 Noy 2018 11:07:00 247 0

“Məni söysələr, boş ver keç”  Nadir Qafarzadədən oğluna MƏSLƏHƏT  VİDEO  FOTO

“Artistliyimlə pul qazanıram”

ARB TV-nin "Show News" verilişinin növbəti qonağı müğənni Nadir Qafarzadə olub. Son.az bildirir ki, müğənni evdə artıq hərəkətlərin olmaması üçün çalışdığını deyib: "Çalışıram ki, evdə artıq hərəkətlər olmasın. İstəmirəm ki, oğlum mənə desin ki, ata, bu, niyə belə oldu. İstəmirəm mənim haqqımda hər hansı bir mənfi fikir olsun. O bilir ki, mən səhnədə artistəm, evdə ata, həyat yoldaşı valideynəm. Nə oğlum, nə də həyat yoldaşım heç vaxt səhnə fəaliyyətimə müdaxilə etməyib. Artistliyimlə də pul qazanıram. Hər bir şeyin çərçivəsi var. Hətta mən onlara demişəm ki, oğlum, küçədə eşitsəz ki, məni kimsə söyüb, təhqir edir, boş ver keç. Məni hamı sevə bilməz".

Videonu izləmək üçün şəklə klikləyin:


Xəbərə aid foto