Baş Qərargah rəisi: "Regional layihələrin təhlükəsizliyinin təmin edilməsi baxımından əməkdaşlıq uğurla davam edir"


Siyasət 21 Noy 2018 11:09:00 292 0

Baş Qərargah rəisi: "Regional layihələrin təhlükəsizliyinin təmin edilməsi baxımından əməkdaşlıq uğurla davam edir"

Azərbaycan, Gürcüstan və Türkiyə əlaqələrinin əlaqələrinin böyük tarixi var.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Bakıda Azərbaycan Müdafiə Nazirliyi və Türkiyə Baş Qərargah rəisi ilə üçtərəfli görüşdə Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Vladimer Çaçibaia deyib.

O bildirib ki, hər 3 dövlət regionda strateji tərəfdaşdır: "Strateji tərəfdaşlıq çərçivəsində hərbi əməkdaşlığımız da çox mühümdür. Regional layihələrin təhlükəsizliyinin təmin edilməsi baxımından əməkdaşlıq uğurla davam edir. Biz başa düşürük ki, bu, çox əhəmiyyətli görüşdür".