Zakir Həsənov: "Bu görüş strateji səviyyədə əməkdaşlığın bariz nümunəsidir"


Siyasət 21 Noy 2018 10:48:29 290 0

Zakir Həsənov: "Bu görüş strateji səviyyədə əməkdaşlığın bariz nümunəsidir"

Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə rəsmilərinin üçtərəfli toplantısı bizim dövlətlərin strateji səviyyədə əməkdaşlığının bariz nümunəsidir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Bakıda Türkiyə və Gürcüstan SQ Baş Qərargah rəisləri ilə üçtərəfli görüşdə Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov deyib.

Müdafiə naziri bildirib ki, artıq üçüncü dəfədir ki, bu toplantı keçirilir:

"Toplantının əsas məqsədi bölgədə sabitliyin və sülhün bərqərar olmasına, 3 dost qonşu dövlətin həyata keçirdiyi strateji iqtisadi layihələrin təhlükəsizliyinin təmin edilməsinə, 3 dövlətin silahlı qüvvələrinin əməkdaşlığının dərinləşməsinə töhfə verməkdir. Əminəm ki, bu toplantı yüksək səviyyədə keçiriləcək".

Noyabrın 21-də Bakıda Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyə Baş Qərargah rəisi, ordu generalı Yaşar Güler və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Vladimer Çaçibaia ilə görüş keçirir.

Görüşdə üçtərəfli formatda əməkdaşlığın inkişaf etdirilməsi, regional sabitliyin, o cümlədən bölgədə həyata keçirilən layihələrin təhlükəsizliyinin təmin olunması və bir sıra digər məsələlər barədə fikir mübadiləsi aparılır.