Qızla öpüşmək üçün evlərini yandıran oğlan, sadist iş adamı, çarəsiz sakinlər Məhkəmədə "Fəlakət" FOTO


Digərləri 21 Noy 2018 09:55:00 772 0

Qızla öpüşmək üçün evlərini yandıran oğlan, sadist iş adamı, çarəsiz sakinlər  Məhkəmədə "Fəlakət"  FOTO

Son.az jurnalist Bəxtiyar Umarlının layihəsi olan "Filmreview"nu (4-cü say) təqdim edir:

Ötən gün Cinema Plus kinoteatrında "Fəlakət" filminin qala gecəsi keçirilib. Təqdimata Şamil Süleymanlı, Bəhram Bağırzadə, Sevda Yahyayeva, İlkin Həsəni kimi tanınmışlar qatılıblar.

Vaxtından gec başlayan təqdimatda digər qalalardan fərqli olaraq məşhurlara, eləcə də xanımlara az rast gəlmək olurdu. Açıq-saçıq geyimli tanınmışlar, demək olar ki, yox idi. Hətta paltarları ilə müzakirə olunan Ülfət Bəşirqızı belə tədbirə qapalı libasda gəlib.

Film Elşən Orucovun ilk dəfə ayrıca olaraq çəkildiyi ekran işidir. Burada onun "Bozbaş pictures"dəki dostları yox, əvəzinə yeni obrazlar var. Obraz yaradıcılarından bir neçəsi ilk dəfə film sahəsində özünü sınayıb.

Onlardan biri də Fəlakətin sevgilisi rolunu oynayan aktrisa Ləman Merihdir. Xəzər TV-də yayımlanan serialla izləyicilərin qarşısına çıxan Ləman filmdə obrazını layiqincə canlandıra bilib. Bu, ən çox Fəlakətin onunla tək qalıb "dodaq tərpətmək" üçün evlərini yandırma səhnəsində əsəbləşərkən özünü biruzə verirdi.

Təxminən bir saat davam edən filmdə açıq-saçıq, zorlama və təcavüz səhnələri yox idi. Kinoda söyüşün işlədilməməsi bəyənilən cəhətlərindən oldu. Lakin bəzi sətraltı "söyüşlər" istifadə edilmişdi ki, tamaşaçılar hər zamankı kimi ən çox buna gülürdü.

Ssenariyə görə illər əvvəl, uşaqkən atası ilə birgə məhlədən qovulan oğlan iş adamı kimi qayıdaraq həmin ərazini yox etmək istəyir.


Xəbərə aid fotolar