Məktəb direktorunun döyülməsi ilə bağlı nazirlikdən açıqlama: "Biz ancaq qınaya bilərik"


Digərləri 21 Noy 2018 09:50:00 277 0

Məktəb direktorunun döyülməsi ilə bağlı nazirlikdən açıqlama: "Biz ancaq qınaya bilərik"

Bakı şəhəri 175 nömrəli məktəbin direktoru Tural Mirzəliyevin hücuma məruz qalması cinayət hadisəsidir.

Son.az Trend-ə istinadən xəbər verir ki, 175 nömrəli məktəbin direktoru Tural Mirzəliyevin sağlamlığına ciddi xəsarət yetirilib:

"Hazırda o xəstəxanadadır. Məsələ Təhsil Nazirliyi rəhbərliyinin bilavasitə diqqət mərkəzindədir. Bu, baş verən cinayət hadisəsidir. Cinayətin araşdırılması ilə hüquq-mühafizə orqanları məşğuldur. Biz burada ancaq baş verən bu hadisəni qınaya bilərik".

Qeyd edək ki, dünəbn Bakı şəhəri 175 nömrəli məktəbin direktoru Tural Mirzəliyevin aktyor Rza Rzayev tərəfindən döyülməsi barədə məlumatlar yayılıb.