Magistral yolların, körpülərin və tunellərin tikintisi zamanı ətraf mühitə təsir nəzərə alınacaq


Digərləri 21 Noy 2018 09:04:00 232 0

Magistral yolların, körpülərin və tunellərin tikintisi zamanı ətraf mühitə təsir nəzərə alınacaq

"Avtomobil yollarının layihələşdirilməsi, tikintisi, yenidən qurulması və təmiri Qaydaları"na əlavələr edilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən magistral avtomobil yollarının, körpülərin və tunellərin layihələndirilməsi zamanı "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada ətraf mühitə təsirin qiymətləndirilməsi təmin olunmalıdır.