Argentinada G20 sammitinin təhlükəsizliyini 22 min polis əməkdaşı təmin edəcək


Dünya 21 Noy 2018 08:55:00 264 0

Argentinada G20 sammitinin təhlükəsizliyini 22 min polis əməkdaşı təmin edəcək

Argentina hakimiyyəti G20 sammitinin təhlükəsizliyinin təmin edilməsi üçün 22 min polis əməkdaşı cəlb edəcək.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Cənubi Amerika ölkəsinin təhlükəsizlik naziri Patrisiya Bulriç deyib.

P.Bulriç bildirib: "Birincisi, biz 22 min asayiş keşikçisi cəlb edəcəyik. Bundan əlavə, Təhlükəsizlik Nazirliyinin 700 əməkdaşı təhlükəsizliyinin təminatı üzrə ümumi məsələlərlə məşğul olacaq".

Nazir vurğulayıb ki, Argentina hakimiyyəti "görüşün dinc və sakit keçməsinə" köklənib: "Biz bütün mümkün təhlükələri təhlil edirik".