Baş katib və BMT TŞ Əfqanıstanda baş verən terror aktını qətiyyətlə pisləyiblər


Dünya 21 Noy 2018 08:40:00 277 0

Baş katib və BMT TŞ Əfqanıstanda baş verən terror aktını qətiyyətlə pisləyiblər

BMT-nin baş katibi Antoniu Quterreş və BMT Təhlükəsizlik Şurasının üzvləri Əfqanıstanın paytaxtı Kabildə baş verən terror aktını qətiyyətlə pisləyiblər.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə BMT-nin baş katibinin mətbuat xidmətinin bəyanatında deyilir.

Bəyanatda bildirilir: "Mülki şəxslərə hücumlar beynəlxalq humanitar hüququn pozulmasıdır. Günahkarların məsuliyyətə cəlb edilməsi üçün bütün səyləri göstərmək lazımdır".

Qeyd edilir ki, baş katib ölənlərin ailələrinə və Əfqanıstan hökümətinə dərin hüznlə başsağlığı verib: "O, xəsarət alanların tezliklə sağalmasını diləyir".