Türkiyədə mədəndə partlayış baş verib, yaralananlar var


Dünya 21 Noy 2018 08:19:00 278 0

Türkiyədə mədəndə partlayış baş verib, yaralananlar var

Türkiyənin Zonquldağ şəhərində mədəndə partlayış baş verib.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində 2 nəfər ağır yaralanıb və şəhər xəstəxanalarından birinə yerləşdirilib.

Qeyd edilir ki, hazırda mədəndə köməksiz vəziyyətdə qalmış 3 nəfərin xilas edilməsi üzrə işlər davam etdirilir.