Turistlər üçün ən təhlükəsiz ölkələr


Digərləri 21 Noy 2018 07:28:00 272 0

Turistlər üçün ən təhlükəsiz ölkələr

Turistlər üçün yeni interaktiv xəritələr tərtib olunub. Ümumi təhlükəsizlik, tibb və yolların vəziyyəti ilə bağlı aparılmış araşdırmaların əks olunduğu xəritələrdə bütün göstəricilər üzrə Finlandiya birinci yerdədir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, "İnternational SOS" agentliyinin tərtib etdiyi xəritələr üzrə ən təhlükəsiz ölkələr Finlandiya, Norveç və İslandiya, təhlükəli isə Liviya, Əfqanıstan və Somalidir.

Tibbi göstəricilər baxımından da, bütün Mərkəzi, Şimali və Qərbi Avropa, o cümlədən Türkiyə, ABŞ, Kanada, Yaponiya və Avstraliya ən yaxşı ölkə hesab olunur. Bu sahə üzrə ən pis vəziyyət isə Venesuela, Liviya, İraq, Suriya və bir sıra Afrika ölkələrində qeydə alınıb.